• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

İspaniya meşə yanğınları ilə bacarmır

DÜNYA

30 Mart 2023 | 16:19

İspaniya meşə yanğınları ilə bacarmır

İspaniya iqlim dəyişikliyinin yaratdığı istilər və quraqlığın yaratdığı meşə yanğınları ilə mübarizə aparır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ölkədə 60-dan çox müxtəlif məntəqədə meşə yanğınları baş verib. Yanğın Asturiya muxtar vilayətində qeydə alınıb.

Ən azı 500 nəfərin müdaxilə etdiyi yanğınların əksəriyyətinin kiçik miqyaslı olduğu bildirilib. Lakin Lavadoriya, Toranu və La Matosa bölgələri kimi bəzi məntəqələrdə yanğın riskinin yüksək olması səbəbindən yaşayış məntəqələrinin boşaldıldığı öyrənilib.

Yerli mənbələrdən verilən açıqlamada Asturiyada temperaturun 29 dərəcəyə çatdığı və güclü külək səbəbindən alovların sürətlə yayıldığı, yanğınsöndürmə işlərinə mənfi təsir göstərdiyi bildirilib.

Digər tərəfdən ölkənin şərqindəki Valensiya şəhərinin Villanueva de Viver kəndində martın 23-də başlayan və hələ də nəzarət altına alına bilməyən yanğında 4900 hektardan çox ərazi külə dönüb.

Ay Tac


SON XƏBƏRLƏR

19 Aprel 2024