• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsrail bu turistlər üçün SƏRHƏDLƏRİ AÇDI

DÜNYA

11 Yanvar 2022 | 01:15 | Müəllif: Qalib İbrahimoğlu

İsrail bu turistlər üçün SƏRHƏDLƏRİ AÇDI

İsrail bazar günü epidemioloji vəziyyətə görə ölkəyə girişi qadağan edilən ölkələrin siyahısını ləğv edərək, hər hansı COVID-19 koronavirus vaksini ilə peyvənd olunmuş turistlər üçün sərhədlərini açıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Qeyd olunub ki, İsrailə səfər etmək üçün hər hansı bir ölkədən olan peyvənd edilmiş turist yola düşməzdən əvvəl COVID-19 testi, sonra Ben Qurion Beynəlxalq Hava Limanına çatdıqdan sonra başqa bir test etməlidir. Mənfi nəticə almadan əvvəl turist 24 saat karantində olmalıdır. Peyvənd olunmayan turistlər ölkəyə daxil ola bilməz.

Hazırda İsraildə 115 min insan koronavirusa yoluxub, omikron ştamı aktiv şəkildə yayılır (aviatravel.az). Bununla belə, ekspertlər belə nəticəyə gəliblər ki, xəstəliyin ağır halları Delta ştamı ilə yoluxma nəticəsində baş verir.

Ümumilikdə pandemiya dövründə ölkədə 1,5 milyona yaxın insan bu xəstəliyə yoluxub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026