"İsrailin müxtəlif təbəqələri arasında artan nifrətə görə sosial dayanıqlığımızı itirməyə başlamışıq".
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu İsrailin istefada olan general-mayoru Yitzhak Brik deyib.
İsrailin uçuruma doğru getdiyini bildirən generala görə, HƏMAS və Hizbullaha qarşı müharibə davam edəcəyi təqdirdə İsrail bir il ərzində dağılacaq:
"İsrailin müdafiə naziri Yoav Qallantın müharibə boyu verdiyi açıqlamaların çoxu əsassızdır. Qallant son vaxtlar yuxusundan oyanmağa başlayıb. Qallant müharibənin məqsədindən yayındığını, İsrailin Qəzza bataqlığında ilişib qaldığını və müharibənin əsas məqsədinə çatmadan hər gün daha çox əsgər itirdiyini anlamağa başlayıb. Əgər HƏMAS ilə məhbus mübadiləsi razılaşması əldə olunmazsa, bu, İsrailə böyük ziyan vuracaq".
Gülşən Şərif
















