İsrail ordusu səhər saatlarında işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərinə basqın edib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, basqın zamanı İsrail əsgərləri ilə fələstinlilər arasında atışma baş verib.
Təxminən 6 saat davam edən basqından sonra İsrail əsgərlərinin şəhərdən geri çəkildiyini bildirilib.
Nuriyyə Musayeva