• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İsrail ordusu Qəzzada geri çəkildi

DÜNYA

05 Noyabr 2023 | 19:31 | Müəllif: Subhan Mahmudov

İsrail ordusu Qəzzada geri çəkildi

İsrail ordusu (ÇAXAL) Qəzzada nəzarətinə götürdüyü müəyyən ərazilərdən geri çəkilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Belə ki, ÇAXAL qüvvələri Qəzzanın şimal-qərbindəki Əl-Makusi bölgəsindən anklavın ən şimal zonası Beyt-Lahiyadakı Amerikan Məktəbi ərazisinə doğru geri çəkilib.

Ordu birliklərinin iki kilometrə qədər geri çəkildiyi iddia edilir. Bununla da İsrail texnikaları 27 oktyabrda quru əməliyyatına başladığı nöqtəyə geri qayıdıb.

İsrailin geri çəkilməsinə səbəb kimi “Əl-Qassam Briqadası”nın intensiv hücumları və müqavimət əməliyyatları göstərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026