• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsrailin ən böyük hava limanı VURULDU

DÜNYA

12 Mart 2024 | 10:52

İsrailin ən böyük hava limanı VURULDU

İranın dəstəklədiyi İraqda İslami Müqavimət şiə təşkilatı Qəzzada həyata keçirilən hücumlara cavab olaraq İsrailin ən böyük hava limanı olan Ben Qurionu vurduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. 

"Düşmən hədəflərinə hücumlarımız Qəzzadakı qardaşlarımıza dəstək olaraq sionist işğalına qarşı əməliyyatlarımızın ikinci mərhələsində davam edəcək", - mətbuatda qeyd olunub.  

Digər tərəfdən, hücum iddiası ilə bağlı İsraildən heç bir açıqlama verilməyib. İranın dəstəklədiyi təşkilat Qəzzada müharibə başlayandan bəri müxtəlif hədəflərə, o cümlədən ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücumlar təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026