• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

İstanbul birjasında əməliyyatlar dayandırıldı

İQTİSADİYYAT

21 Mart 2025 | 19:52

İstanbul birjasında əməliyyatlar dayandırıldı

İstanbul Fond Birjasında çökmə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə vaxtı ilə 10:52-də alqı-satqı dayandırılıb.

İtkilər davam etdiyindən birja 11:27-də bağlanıb.

Günə 0,53% enişlə və 9.758,53 indekslə başlayan birjada yerli vaxtla 10:12-də eniş 5%-ə çatıb. Bu səbəbdən də alqı-satqının dayandırılmasına qərar verilib.

"Saat 10:52-dən etibarən indeksin söndürülməsi sistemi işə salınıb. Birjanın səhm, füçers və opsiya bazarlarında ticarət edilən səhm və səhm indekslərinə əsaslanan müqavilələr, Dövlət Qiymətli Borc Bazarında isə əməliyyatlar müvəqqəti olaraq dayandırılıb", - İstanbul Fond Birjasının açıqlamasında deyilir.


SON XƏBƏRLƏR

18 Aprel 2025