• Bakı 25° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Japarov Peterburqa getməkdən İMTİNA ETDİ

DÜNYA

07 Oktyabr 2022 | 10:01

Japarov Peterburqa getməkdən İMTİNA ETDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov MDB-yə üzv dövlətlərin bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi zirvə toplantısında iştirak etməyəcək.

Bakıvaxtı.az “24.kg”yə istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Erbol Sultanbayev bildirib.

Məlumata görə, sammitin qeyri-rəsmi bölməsində Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emomali Rahmonun 70 illik yubileyi qeyd ediləcək.

Qeyd edək ki, MDB-nin qeyri-rəsmi zirvə toplantısı sonuncu dəfə 2021-ci il dekabrın 28-də keçirilib.

Xatırladaq ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026