• Bakı 19° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Kapital Bank-ın dəstəyi ilə Respublika Fənn Olimpiadası keçirilir

CƏMİYYƏT

27 Fevral 2024 | 16:53

Kapital Bank-ın dəstəyi ilə Respublika Fənn Olimpiadası keçirilir

Ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Respublika Fənn Olimpiadası keçirilir. Ötən gün olimpiadanın yarımfinal mərhələsi yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhəldə Rayon (şəhər) mərhələsini geridə qoyan 10 997 şagird iştirak edib. Onlar biliklərini riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə sınayıblar.

Respublika Fənn Olimpiadasının final turu isə aprel-may aylarında Respublika Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçiriləcək. Bu mərhələdə yarımfinal turunu uğurla geridə qoyan şagirdlər iştirak edəcəklər.

Respublika Fənn Olimpiadalarının təşkil edilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.


SON XƏBƏRLƏR