• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kənd təsərrüfatı sahəsi üzrə təlimlər keçilir

CƏMİYYƏT

29 Sentyabr 2023 | 17:13

Kənd təsərrüfatı sahəsi üzrə təlimlər keçilir

Prezident İlham Əliyevin “Agro Dairy” MMC-nin Hacıqabulda yerləşən aqroparkına səfəri zamanı verdiyi tapşırığa əsasən yaradılan təlim mərkəzində kənd təsərrüfatı sahəsi üzrə növbəti silsilə təlimlərin keçirilməsinə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu il 4-cüsü keçirilən və 3 günü əhatə edəcək təlimlərin ilk günündə “Toxum satışı və marketinqi” və “Kənd təsərrüfatı texnikaları və müasir kənd təsərrüfatında "dəqiq əkinçilik"-in rolu” mövzuları əhatə olundu. 

"Agro Dairy”-nin kənd təsərrüfatı sahəsində ixtisaslaşmış mütəxəssisləri tərəfindən keçirilən təlimdə fermerlər, aqronomlar, tələbələr, taxıl toxumçuluğu ilə məşğul olan və bu sahəyə maraq göstərən şəxslər sahə ilə bağlı real təcrübələrə əsaslanan biliklər əldə etdilər.

Təlim iştirakçıları, həmçinin, “Agro Dairy” MMC-nin Hacıqabul ərazisində yerləşən Toxum Emalı Zavoduna da ziyarət edərək, kompakt toxum təmizləmə kompleksi olan CIMBRIA ilə tanış oldular.

Hacıqabul rayonu, Muğan kəndi ərazisinə yaxın olan "Agro Dairy" şirkətinin təlim mərkəzində keçirilən təlimlərin növbətisi 4 oktyabr və 6 oktyabr tarixlərində baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026