Müğənni Kərim Abbasov və teleaparıcı Aytəkin Mərdanova barışıblar.
Bakıvaxtı.az xəbər verir ki, Kərim Aytəkinin aparıcısı olduğu “Qonaqcalı” verilişinə gələrək küsülülüyə son qoyub.
Onlar küsülülüklərinin səbəbini açıqlamasalar da, aralarındakı problemin həll olunduğunu deyiblər.
“Biz neçə ildir küsülü idik. Neçə illərdir aramızda soyuqluq var. Bitdi. Əsas odur ki, barışdıq. Səbəbini açıqlamasaq yaxşıdır. İstəmirəm qəmli notlara toxunaraq neqativə gedib çıxaq. İstəyirəm ki, bu veriliş maraqlı olsun”, - deyə Kərim Abbasov bildirib.
Ziyafət Əlisoy
















