• Bakı 21° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Kərim Vəliyev Gürcüstanda Milli Təlim və Tədris Mərkəzində oldu

CƏMİYYƏT

29 Sentyabr 2022 | 16:12

Kərim Vəliyev Gürcüstanda Milli Təlim və Tədris Mərkəzində oldu

Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 29-da Tbilisi yaxınlığındakı Krtsanisi Milli Təlim və Tədris Mərkəzində olub.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə mərkəzin tarixi və fəaliyyəti barədə geniş brifinq təqdim edilib.


Sonra nümayəndə heyəti “Delta” Elmi Hərbi-Texniki Mərkəzini ziyarət edib.


Mərkəzdə istehsal edilən hərbi texnika və avadanlığa baxış keçirilib, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

08 May 2025