Türkiyənin məşhur müğənnisi Kibariye səhnədən yıxılıb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki. hadisə Mersində konsert zamanı baş verib. Belə ki, məşhur müğənni səhnəyə qaçmaq istəyən pərəstişkarına mühafizəçisi müdaxiləsi zamanı zərbə nəticəsində səhnədən yıxılıb.
Xəsarət alan Kibariye əvvəlcə yaxınlıqdakı özəl xəstəxanaya, daha sonra Mersin Şəhər Xəstəxanasına aparılıb.
Kibariyenin sağlamlıq durumu ilə bağlı açıqlama verən səhiyyə naziri Fahrettin Koca deyib ki, sənətçi səhnədə yaşadığı xoşagəlməz hadisə nəticəsində yaralanıb.
"Müalicəsi Mersin Şəhər Xəstəxanasında davam edir. Huşu var. Bir müddət müşahidə altında qalacaq və evə buraxılacaq. Ona can sağlığı arzulayıram", - deyə Türkiyənin səhiyyə naziri qeyd edib.
Xəyalə Rza











jpg-1686201061.webp)




