• Bakı 11° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Kiyev raketlə vuruldu

DÜNYA

06 Sentyabr 2023 | 09:01

Kiyev raketlə vuruldu

Rusiya silahlı qüvvələri sentyabrın 6-da səhər tezdən Kiyevə raket zərbələri endirib.

Bakıvaxtı.az xəbər verir ki, səhər saatlarından başlayaraq Kiyevdə hava həyəcanı siqnalı çalınıb, bundan sonra partlayış səsləri eşidilməyə başlayıb.

Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, Rusiyanın atdığı raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

"Düşmənin dinc şəhərə növbəti raket hücumu həyata keçirilib. Yenə də hücum sadə deyil, birləşmiş xarakter daşıyır. Əvvəlcə, Rusiya Federasiyasının Saratov vilayətindən Tu-95MS strateji aviasiya təyyarələrindən X-101/555/55 tipli qanadlı raketlər atılıb. Sonra Kiyevə fərqli tipli, ehtimal ki, ballistik raketlər buraxılıb”, - məlumatda bildirilir.

İlkin məlumatlara görə, Kiyevdə tələfat və dağıntı yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026