İrəvan məhkəməsi Ermənistanın keçmiş Baş prokuroru, Ermənistan İstintaq Komitəsinin keçmiş rəhbəri Aqvan Ovsepyanın həbsinə qərar verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə vəkil SasunRafaelyan məlumat verib.
Aqvan Ovsepyan 2004-2018 -ci illərdə Ermənistanın Baş prokuroru və İstintaq Komitəsinin rəhbəri vəzifələrində çalışıb.
Keçmiş baş prokuror korrupsiyada, xüsusən 1,3 milyard dramın qanuniləşdirilməsində və əmlakın mənimsənilməsində ittiham olunur.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















