• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

"Komando başlanğıc kursu"nda praktiki məşğələlər başladı

CƏMİYYƏT

20 Fevral 2024 | 09:57

"Komando başlanğıc kursu"nda praktiki məşğələlər başladı

Cari ilin hazırlıq planına uyğun olaraq, "N" hərbi hissəsində keçirilən "Komando başlanğıc kursu" davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məşğələlər zamanı hərbi qulluqçular öyrəndikləri nəzəri biliklərini təlim sahəsində praktiki tapşırıqları icra etməklə möhkəmləndirirlər. Plana əsasən, kurs iştirakçıları şərti düşmən hədəflərinin aşkar olunaraq atıcı silahlardan dəqiq atəşlə məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Azərbaycan Ordusunda peşəkar kadrların hazırlanması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən "Komando başlanğıc kursu"nda məşğələlər müasir döyüş üsulları nəzərə alınmaqla tədris olunur.


"Komando başlanğıc kursu"nda praktiki məşğələlər başladı"Komando başlanğıc kursu"nda praktiki məşğələlər başladı"Komando başlanğıc kursu"nda praktiki məşğələlər başladı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR