“ABC Telecom” Ağdaşda müştərisini məhkəməyə verib.
Bakıvaxtı.az xəbər verir ki, Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) pul tələbi iddiası ilə Ağdaş Rayon Məhkəməsində iddia qaldırıb.
Şirkət müştərisinə satdığı “Honor X6B” markalı telefon üçün 175 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 24 manat, həmçinin 17 manat cərimənin tutulması xahiş edilib.
Bundan başqa, cavabdeh “Toshiba” markalı televizor üçün 541 manat ödənilməmiş hissə, 54 manat cərimənin tutulması istəyib.
Bundan əlavə, “Kontakt Home” satdığı “Oppo A3X” markalı mobil telefonu üçün 357 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 24 manat, həmçinin 36 manat cərimə pulun tutulmasını tələb edib.
Beləliklə, şirkət bir müştəridən ümumilikdə 1227 manat borcun tutulmasını istəyib.
Məhkəmə iddia tələbini təmin edib.
Qeyd edək ki, “ABC Telecom”un bundan əvvəl Bakının Nərimanov, Nizami, Nəsimi, həmçinin bölgələrdən Ağdam, Şəmkir, İsmayıllı, Quba rayonundan olan müştəriləri ilə çoxsaylı məhkəmə çəkişmələri olub.
Bakı 



