• Bakı 19° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

"Koroğlu"da DƏHŞƏT: taksi sürücüsü namus üstündə öldürüldü- YENİLƏNİB

HADİSƏ

24 Yanvar 2024 | 14:56

"Koroğlu"da DƏHŞƏT: taksi sürücüsü namus üstündə öldürüldü - YENİLƏNİB

Bakıda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, qətlə yetirilən Binə qəsəbə sakini Nurlan Məmmədov “Koroğlu” metrostansiyası ətrafında “manatlıq taksi” fəaliyyəti ilə məşğul olub. İlkin iddialara görə, qətl namus üstündə törədilib.

Əhməd Hüseynov Nurlan Məmmədovun dayandığı əraziyə gəlib. Onların arasında mübahisə düşüb. Nəticədə Ə. Hüseynov N. Məmmədovu bıçaqlayaraq öldürüb.

Hazırda faktla bağlı araşdırma aparılır. 

Hadisənin dəqiq səbəbi araşdırmaların sonunda məlum olacaq. /Lent.az

***

11:51

Yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, Koroğlu metrostansiyasının qarşısındakı mağazalardan birində 33 yaşlı Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami rayon Prokurorluğundan Bakıvaxtı.az-a verilən xəbərə görə, araşdırma zamanı 39 yaşlı Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR