• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Koronavirusa bir neçə dəfə yoluxmaq mümkündürmü?

CƏMİYYƏT

14 Noyabr 2022 | 16:52

Koronavirusa bir neçə dəfə yoluxmaq mümkündürmü?

Koronavirusa yoluxan bir çox insan onda immunitet yarandığı üçün bir daha yoluxmayacağını düşünür. Təəssüf ki, düşünüldüyü kimi deyil.  Belə ki, bəzi insanlar 2, 3, hətta 4 dəfə koronavirusa yoluxduğunu iddia edir.

Belə bir halın yaşanması mümkündürmü?

İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, koronavirus kimi özündən sonra davamsız immunitet yaradan infeksion xəstəliklərə dəfələrlə yoluxmaq mümkündür: "Buna bir limit yoxdur".

Onun sözlərinə görə, çünki hər yoluxmadan sonra bir neçə ay ərzində yaranmış anticismlər yoxa çıxır: "Bu da orqanizmi yenidən yoluxmaya qarşı açıq edir".

Tibb elmləri doktoru Adil Qeybullanın Bakıvaxtı.az-a dediyinə görə, koronavirus RNT daşıyıcı virus olduğundan, ona dəfələrlə yoluxmaq mümkündür: “Çünki hər dəfə yeni ştam peyda olur, yoluxuculuğu başqa olur. Ona görə, eyni insanda bir neçə dəfə yoluxmalar müşahidə edilir. Ümumiyyətlə, bütün müşahidələrimiz boyu gördüyümüz odur ki, interferonun səviyyəsi yüksək olan şəxslərdə, adətən, xəstəlik əlamətsiz keçir. Amma elə insanlar var ki, onun immun sistemi zəifdir və xəstəlik bir neçə dəfə davam edir”.

A.Qeybulla hesab edir ki, bu səbəbdən, vaksinasiya vacibdir. Dediyinə görə, ən azından, vaksin immun sistemini hazır vəziyyətdə saxlayır.

"Vaksinasiya olan insanlarda ölən hallarına da çox az təsadüf edilir”, - deyə Adil Qeybulla əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026