Xəbər verdiyimiz kimi, azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Şuşa-Xankəndi yolunda keçirdikləri aksiyaya Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) sədri və könüllü həkimlər də qoşulub.
Bakıvaxtı.az xəbər verir ki, könüllü həkimlər aksiya iştirakçılarına lazım olduğu təqdirdə, ilk tibbi yardım göstərmək üçün çadırda tibb məntəqəsi təşkil olunub.
AKHA sədri Oqtay Mehdiyev Bakıvaxtı.az-a bildirib ki, aksiya iştirakçıları daha çox boğaz ağrısı və yüksək təzyiqlə bağlı müraciət edirlər.
Onun sözlərinə görə, bu da daha çox havanın soyuqluğu, yüksək dağ şəraiti və insanların 3 gündür ayaq üstə durması ilə əlaqədardır.
"Ehtiyac olarsa, narahat olan şəxslər təcili yardım maşınları ilə istənilən tibb məntəqələrinə göndərilə bilər. Qeyd edim ki, burda ilkin tibbi yardım üçün hər bir şərait var".
Qeyd edək ki, Şuşa-Xankəndi yolunun Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində Azərbaycan QHT təmsilçiləri, media mənsubları, könüllülər dinc etiraz aksiyası keçirirlər.
Aytac Aslan











jpg-1673608513.webp)










