ABŞ-da bir şəxs eyni anda həm COVID-19, həm də meymunçiçəyi xəstəliyinə tutulub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, San-Fransiskoda yaşayan Mitcho Tompson iyunun sonunda özünü yorğun hiss etdikdən sonra COVID-19 testinin müsbət olduğunu və sonra kürəyində, ayaqlarında və qollarında qırmızı lezyonları gördüyünü söyləyib. "Həkim çox əmin idi ki, məndə meymunçiçəyi var, müayinədən sonra hər iki xəstəliyə tutulduğum məlum oldu".
"Euronews"də yer alan xəbərə görə, xəstəlikləri ağır keçirən Tompson "Həqiqətən xəstə idim. Ən pisi o idi ki, yataqdan güclə qalxıb bir stəkan su belə içə bilirdim", deyib.
Stanford Universitetinin tibb professoru və yoluxucu xəstəliklər üzrə mütəxəssisi Dr. Dean Uinslou bildirib ki, nadir olsa da, bir insanın eyni anda həm meymunçiçəyi, həm də COVID-19-a yoluxması mümkündür: "Bunun baş verməsi, əlbəttə ki, mümkünsüz deyil. Bu, inanılmaz dərəcədə böyük bir şanssızlıqdır”.
Aytac Aslan

















