Kosmik turizm şirkətlərindən olan SpaceVIP Michelin ulduzu aşpaz Rammus Munk ilə kosmosda şam yeməyi təcrübəsinə hazırlaşır.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bilet başına 495 min dollar ödəyən 6 nəfər yer atmosferinin kənarında 6 saatlıq səyahətə çıxacaq.
Nahardan əldə edilən bütün gəlir elm və texnologiya sahəsində gender bərabərliyini dəstəkləyən Kosmik Mükafat Fonduna gedəcək.
Turistlərin kosmos şam yeməyi haqqında danışan SpaceVIP-in yaradıcısı Roman Çiporuxa bildirib ki, bu, kosmos savadını təşviq etmək üçün kosmos səyahətinin gücündən istifadə etmək məqsədilə aparıcı rəssamların iştirak etdiyi ekspedisiyalar seriyasında birincidir.
Michelin ulduzlu aşpaz və altı qonağı 2025-ci ilin sonunda Floridadakı Kennedi Kosmik Mərkəzindən yola düşəcək. Aşpaz, dünyanın ilk karbon-neytral kosmik gəmisi olan Space Perspective-in "Neptun" kosmik gəmisində şam yeməyi verəcək. Qeyd edək ki, "Neptun" kosmik gəmisi raket deyil, SpaceBalloon tərəfindən yavaş-yavaş hərəkət etdirilən təzyiqli bir kapsuldur.
Atmosferin kənarına çatdıqdan sonra tədqiqatçılar kosmik gəmidə Wi-Fi əldə edəcək və təcrübələrini canlı yayımlaya biləcəklər. Onlar, həmçinin uçuşlar zamanı yer üzündəki dostları və ailəsi ilə əlaqə saxlaya biləcəklər. Sərnişinlər həmçinin günəşin doğuşunu izləmək şansı əldə edəcəklər.
Aşpaz Rasmus “son 60 ildə bəşər tarixində kosmik tədqiqatların rolundan və onun həm elmi, həm də fəlsəfi baxımdan cəmiyyətə təsirindən ilhamlanaraq” yaradıcı yeməklər təqdim edəcək. Menyu hazırlığı hələ tamamlanmadığı üçün yeməklər səfər planının son mərhələsində açıqlanacaq.
Aşpaz Ramsusun Kopenhagendə yerləşən Alchemist restoranı 2020-ci ildən bəri iki Michelin ulduzu alıb. Restoran, həmçinin "Dünyanın 50 ən yaxşı restoranı" siyahısında 5-ci yerdədir.
Ay Tac

















