• Bakı 23° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Can alan qəzalar: Statistika DƏHŞƏT SAÇIR

CƏMİYYƏT

17 Aprel 2024 | 11:08

Can alan qəzalar: Statistika DƏHŞƏT SAÇIR

Bu ilin ilk 3 ayında paytaxt ərazisində 33 nəfərin ölümü və 72 nəfərin xəsarət alması nəticələnən 90 yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin 2024-cü ilin üç ayı ərzində paytaxt ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələri ilə bağlı statistik məlumatında bildirilib.

Ramazan bayramı ilə əlaqədar isə aprelin 10-dan 15-dək respublika ərazisində 32 yol-nəqliyyat hadisəsi olub ki, bu zaman 9 nəfərin ölüb, 39 nəfər isə xəsarət alıb.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bakıvaxtı.az-a bildirib ki, baş verən qəzalarım 3 əsas səbəbi var ki, bunlardan birincisi yol hərəkəti iştirakçılarının bilərəkdən qaydaları pozmasıdır:

“Buna biz aid edə bilərik sürət həddinin aşılması, dönmə əməliyyatı edən zaman dönmə işıqlarının yandırılmaması və s. bütün bunlar qəzalara səbəb olur”.

Eldəniz Cəfərov: Dövlət Proqramının bir çox müddəaları həyata keçirilmədiyi üçün...

Onun sözlərinə görə, digər səbəb yol infrastrukturunun bərbad olması ilə bağlıdır. Ekspert bildirib ki, qaranlıq, çala-çuxur, nişanlanmamış yollar qəzalara səbəb olur.

E.Cəfərov nasaz avtomobillərin də qəzaların baş verməsində əsas rola sahib olduğu diqqətə çatdırıb.

Onun sözlərinə görə, qəzaların qarşısını almaq üçün 2019-20203-cü illəri əhatə edən edən Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair dövlət proqramı olsa da, onun bir çox müddəaları hələ də həyata keçirilməyib:

“Bu proqramın əsas məqsədi o idi ki, 5 il ərzində ölkədə baş verən qəzaların sayı heç olmasa, 30% azaldılsın. Proqram həyata keçirilmədiyinə görə, yəni icra olunmadığından qəzaların sayının azaldılması prosesi də getmir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

29 Aprel 2024