Şirvan şəhəri, Bayramlı qəsəbəsi ərazisində 10 yaşlı uşaq batıb.
Bakıvaxtı.az xəbər verir ki, Şirvan sakini, 2010-cu il təvəllüdlü İsgəndərov Yusif Ramil oğlu Kür çayının Şirvan ərazisindən keçən hissəsində çimərkən boğulub. /APA
17:41
Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlı batıb.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.















