• Bakı 21° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"KamAZ" sürücüsü narkotikə görə həbs olundu - FOTO

HADİSƏ

23 Iyun 2023 | 16:54 | Müəllif: Qalib İbrahimoğlu

"KamAZ" sürücüsü narkotikə görə həbs olundu - FOTO

Füzulidə avtomobili narkotikin təsiri altında idarə edən sürücü müəyyən edilib.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbir nəticəsində rayon sakini Şahin Fətullayev idarə etdiyi "KamAZ" markalı avtomobillə yol hərəkəti qaydasını pozduğuna görə saxlanılıb. O, narkotikin təsiri altında avtomobili idarə etməkdə şübhəli olduğundan müvafiq ekspertizadan keçirilib.

Ekspertizanın nəticəsinə əsasən onun marixuana qəbul edərək sükan arxasına əyləşdiyi məlum olub. Ş.Fətullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

O, məhkəmənin qərarına əsasən inzibati qaydada 8 gün müddətinə həbs edilib, eləcə də 400 manat miqdarında inzibati tənbeh tədbirinə də cəlb olunub.


"KamAZ" sürücüsü narkotikə görə həbs olundu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR