• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kürdə suyun azalmasının səbəbləri məlum olub

CƏMİYYƏT

14 Mart 2023 | 22:25 | Müəllif: Subhan Mahmudov

Kürdə suyun azalmasının səbəbləri məlum olub

Kür çayında suyun Azərbaycan ərazisində azalmasının əsas səbəbləri su anbarlarında toplanması və qonşu ölkələrdə çayın suyundan istifadənin artmasıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib.

Onun sözlərinə görə, Kür çayı ölkəyə daxil olanda onun müəyyən hissəsi su anbarlarında toplanılır.

"Anbarlarda su toplanmasa, yay aylarında əkin sahələrinin suvarılmasında ciddi problemlə qarşılaşarıq. Ümumilikdə, əvvəlki illərlə müqayisədə ölkəyə daxil olan suyun həcmi azalıb. Bunun paralelində qonşu ölkələrdə sudan istifadə də artıb ki, bu da Kür çayının suyunun azalmasına təsirsiz ötüşməyib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026