• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Kür"də yeni transferlər həyata keçirilib

İDMAN

14 Avqust 2024 | 13:21 | Müəllif: Əli Hüseynov

"Kür"də yeni transferlər həyata keçirilib

Yeni mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcək “Kür”ün kişi və qadınlardan ibarət həndbol komandaları yeni oyunçular transfer edib.

Bakıvaxtı.az xəbər verir ki, kişi komandası heyətini Oqnen Lekoviç, Mill Myuskoviç, Emir Muyik (hamısı Monteneqro), Borislav Urta (Serbiya) və Sergey Duboviklə (Ukrayna) gücləndirib.

Qadınlardan ibarət kollektiv isə İvana Mitroviç (Serbiya), Sara Piranik, Tamara Radonyik, Milika Rayçeviç (hamısı Monteneqro) və Leonora Rahmaninin (Şimali Makedoniya) keçidini rəsmiləşdirib.

Həndbolçuların hər biri ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, kişilərdən ibarət “Kür” komandası son mövsümdə ölkə çempionu, qadınlar isə Azərbaycan Kubokunun qalibi olublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026