• Bakı 13° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Kürdəmirdə dəhşətli qəza - 3 nəfər öldü, 2 nəfər yaralandı

HADİSƏ

14 Avqust 2021 | 17:52

Kürdəmirdə dəhşətli qəza - 3 nəfər öldü, 2 nəfər yaralandı

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 43 yaşlı Rauf Məmmədovun idarə etdiyi "166" yükdaşıma xidmətinə məxsus "Mercedes" markalı iritutumlu yük maşınına Kürdəmir istiqamətində hərəkətdə olarkən "Mercedes" markalı digər avtomobil arxadan çırpılıb.

Nəticədə minik maşınında olan sərnişinlərdən 3 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Aldığımız məlumat görə, ölənlər Zərdab rayon sakinləri 46 yaşlı Hüseynov Qalib Sabiq oğlu, 35 yaşlı Hüseynova Aytəkin Heydər qızı, 11 yaşlı Hüseynova Gülər Qalib qızı, xəsarət alanlar 12 yaşlı Hüseynli Aynur Qalib qızı və 6 yaşlı Hüseynov Sabiq Qalib oğludur.

Faktla bağlı araşdırma davam edir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026