• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kürdəmirdə mağazada yanğın oldu - VİDEO

HADİSƏ

17 Noyabr 2022 | 09:26

Kürdəmirdə mağazada yanğın oldu - VİDEO

Kürdəmir rayonunun Aran qəsəbəsində mağazada yanğın olub.

Bakıvaxtı.az  FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ərzaq mağazasının tavanında baş verdiyi və genişlənərək bitişik digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80m2 olan mağazanın lambirdən ibarət tavanı 40m2 sahədə yanıb. Mağazanın qalan hissəsi və mağazadakı mallar, habelə bitişik obyektlər yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026