• Bakı 24° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Kyeza "Liverpul"dan gedir?

İDMAN

29 Dekabr 2024 | 08:53

Kyeza "Liverpul"dan gedir?

"Liverpul"un əsas heyətində yer ala bilməyən italyan vinger Federiko Kyeza daha çox oyun vaxtı qazana biləcəyi bir kluba icarəyə getməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

İtaliyanın bir neçə klubu Kyezanı mövsümün sonuna qədər heyətinə qatmağa çalışır. Xüsusilə "Atalanta"nın 27 yaşlı futbolçunu icarəyə götürmək şansının yüksək olduğu bildirilir.

Xatırladaq ki, Federiko Kyeza bu ilin yayında "Yuventus"dan "Liverpul"a transfer olunub. İtaliya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 4 rəsmi oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026