• Bakı 26° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" yaradılıb - SƏRƏNCAM

SİYASƏT

10 Iyul 2024 | 17:46

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti yaradılıb - SƏRƏNCAM

"Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 2151 nömrəli Fərmanında  aşağıdakı dəyişikliklər edilib:

1. 3.1-ci bənddə “Laçın və Kəlbəcər rayonlarına” sözləri “adıçəkilən rayona” sözləri ilə əvəz edilib.

2. Həmin Fərmanla təsdiq edilmiş “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”nin 1.1-ci bəndində “Laçın və Kəlbəcər rayonlarına” sözləri “adıçəkilən rayona” sözləri ilə əvəz edilib.

 

 


SON XƏBƏRLƏR

28 Iyul 2024