• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Oğuzda ağır qəza: maşın hissələrə bölündü

HADİSƏ

28 Iyul 2024 | 17:55 | Müəllif: Subhan Mahmudov

Oğuzda ağır qəza: maşın hissələrə bölündü

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Padar kənd sakini, 1990-cı il təvəllüdlü Nicat Əlövsət oğlu Məmmədəliyevin idarə etdiyi “Daevoo” markalı avtomobil yoldan idarəetmədən çıxaraq ağaca çırpılıb.

Zərbənin gücündən avtomobil hissələrə bölünüb.

Qəza zamanı 34 yaşlı N. Məmmədəliyev müxtəlif bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026