Sumqayıt şəhərində iki qardaş arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onlardan birinin xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
***
09:43
Sumqayıtda qardaş qardaşı bıçaqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 1-ci məhəlləsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Cabbarov Səxavət Nəbi oğlu münaqişə zəminində qardaşı 1971-ci il təvəllüdlü Cabbarov Elşən Nəbi oğluna bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.


jpg-1724737375.jpg)

jpg-1727332919.webp)









jpg-1727270389.webp)

