• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıda teplovozun altında qalan kişi öldü

HADİSƏ

27 Avqust 2024 | 11:05

Bakıda teplovozun altında qalan kişi öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 21-də 1989-cu il təvəllüdlü Pərviz Mustafayevi Binəqədi rayonu ərazisində relsin üstündən keçərkən teplovoz vurub. O, avqustun 26-da xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026