• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Hündürlükdən yıxılan azyaşlı öldü

HADİSƏ

28 Iyul 2024 | 16:37

Hündürlükdən yıxılan azyaşlı öldü

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, 2021-ci il təvəllüdlü V.C. nəzarətdən yayınaraq qonşu evinə gedib və hündür pilləkənlə ikinci mərtəbədə yerləşən açıq balkona çıxıb.

Uşaq burada müvazinətini itirərək yerə yıxılıb. Xəsarət alan azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun yolda dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024