• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Ağstafa çayı yenə daşdı, ermənilər köçürüldü

HADİSƏ

28 Iyul 2024 | 15:56

Ağstafa çayı yenə daşdı, ermənilər köçürüldü

Ağstafa çayının daşması nəticəsində Ermənistanın Tavuş vilayətində 55 nəfər dağda çətin vəziyyətdə qalıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Məlumata görə, bazar günü saat 12:37-də Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin xilasedicilərinə çayın daşması nəticəsində insanların Haştərək kəndi yaxınlığındakı düşərgədə qalması barədə siqnal daxil olub.

"Hadisə yerinə xilasedicilər və əməliyyat qrupu göndərilib. Xilasedicilər 46-sı azyaşlı olmaqla 55 nəfəri təxliyə ediblər", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024