• Bakı 22° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Laçında Zəfər  yürüşü keçirildi - FOTOLAR

CƏMİYYƏT

08 Noyabr 2023 | 10:42

Laçında Zəfər yürüşü keçirildi - FOTOLAR

Laçında 8 noyabr - Zəfər Günü münasibəti ilə möhtəşəm tədbir təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Bakı abadlıq xidməti MMC-nin birgə təşkilatçılığı ilə keçrilən bayram tədbirində ilk olaraq dövlət himni səsləndirilib.

Daha sonra bayraq yürüşü təşkil olunub.

Bayraq Meydanından start alan yürüşdə Laçın sakinləri ilə yanaşı hərbiçilərimizdə iştirak edib.

Orkestrin müşaiəti altında keçirilən yürüş Laçın şəhərinin Seyrəngah adlı ərazisinə qədər davam edəcək.

Daha sonra Seyrəngahda orkestr ifaları, müsabiqələr və uşaqlar üçün şou nəzərdə tutulub. Həmçinin Laçın bulvarında məhşur müğənnilərin iştirakı ilə bayram konserti olacaq. Tədbirin yekununda isə Seyrangahda bayram ziyafəti təşkil ediləcək.
 


Laçında Zəfər yürüşü keçirildi - FOTOLARLaçında Zəfər yürüşü keçirildi - FOTOLARLaçında Zəfər yürüşü keçirildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR