• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Peyvənd özü ilə yeni xəstəliklər gətirir

CƏMİYYƏT

08 Dekabr 2023 | 10:35

Peyvənd özü ilə yeni xəstəliklər gətirir

“Son vaxtlar böyrəklərdə xroniki xəstəliklərdən tutmuş, dializə qədər müxtəlif xəstəliklərdən əziyyət çəkənlərin sayında artım müşahidə olunur. Hətta, qeyd edim ki, autoiummun xəstəliklərin sayında da artım var”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Uroloq, Op. Dr. Anar Almasov deyib.

Həkimin sözlərinə görə, koronavirus pandemiyasından sonra insan orqanizmində müxtəlif xəstəliklər aşkarlanmağa başlayıb: “Milyonlarla insanın canını alan bu virusun ( COVİD-19) həyat üçün müxtəlif təhlükələri nümayiş etdirdiyi məlumdur. Onların əksəriyyəti qısamüddətli olur, lakin bu virusun təsirlərinin uzunmüddətli ağırlaşmalar yaratması hələ də araşdırılır”.

Müsahibimiz bildirib ki, bütün onkogen viruslar kimi COVİD-19 virusu da müxtəlif strategiyalardan istifadə edir. Bu virusun geni birzəncirli ribonuklein turşusundan ibarətdir. Hansı ki, özündə 26,32 min nükleotitdi ehtiva edir. Bu virusun əsas hissəi olan “S” zülalı çox tez mutasiya edir və beləliklə sahib orqanizmdə ona qarşı immunitetin formalaşmasını əngəlləyir. Bu virus hüceyrədə mutasiya və transformasiyanın yaranmasına, dolayı yolla isə xərçəng prosesinin formalaşmasına gətirib çıxarır.

Anar Almasov: Pandemiya dövründə dəfələrlə gördük ki, vaksin olunan şəxslər də virusa yoluxdular

Bu xəstəliklər arasında kəskin böyrək zədələnməsi və s. kimi problemlər də yer alır. Hətta araşdırmalara əsaslanaraq virus əleyhinə vaksinlərin də yetəri qədər təsirli olmadığını deyən Anar Almasov bildirir ki, bu vaksinlərin mənfi təsirləri də az olmayıb: “Araşdırmalar zamanı məlum olur ki, COVİD-19 təkcə pnevmaniya deyil, həmçinin insan orqanizmində kəskin böyrək zədələnməsi kimi böyük fəsadlar da törədib. Bu barədə çoxlu araşdırmalar var. Hətta araşdırmalardan çıxan nəticələr onu deməyə əsas verir ki, COVİD-19 əleyhinə vaksinlərin təsiri o qədər də güclü olmur. Biz pandemiya dövründə dəfələrlə gördük ki, vaksin olunan şəxslər də virusa yoluxdular. Amma əksinə, bu vaksinlər özləri ilə başqa fəsadlar gətirdilər. Elə böyrək xəstəlikləri də bu xəstəliklərə aid ola bilər. Çünki, pandemiyadan sonra bu xəstəliklərdə artım müşahidə olunmaqdadır”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026