• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ukraynaya humanitar yardım göndərildi - FOTO

CƏMİYYƏT

08 Dekabr 2023 | 10:18

Ukraynaya humanitar yardım göndərildi - FOTO

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi bu gün göndərilib.

Energetika Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, Sumqayıt Texnologiyalar Parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 6 ədəd komplekt transformator məntəqəsi daxildir.

Xatırladaq ki, ümumi məbləği 7.6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri cari ilin 30 oktyabr və 21 noyabr tarixlərində Ukraynaya göndərilib. Növbəti hissələrin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.


Ukraynaya humanitar yardım göndərildi - FOTOUkraynaya humanitar yardım göndərildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026