• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Prezidentimizin sürprizi ilə çox xoşbəxt oldum” - Hüseynin anası

CƏMİYYƏT

07 Dekabr 2023 | 22:02 | Müəllif: Subhan Mahmudov

“Prezidentimizin sürprizi ilə çox xoşbəxt oldum” - Hüseynin anası

Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilərin Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo” bu münasibətlə Hüseyn Axundovun anası Şəlalə Axundova ilə əlaqə saxlayıb.

Şəlalə xanım sevinc göz yaşlarını saxlaya bilməyib:

“Gözümüz aydın. Prezidentimizin sürprizi ilə çox xoşbəxt oldum. Onun sürprizi dünənki ömürlük həbs cəzasından sonra bizə çox böyük hədiyyə oldu. Dövlət başçımıza çox minnətdarıq. Allah onu başımızdan əskik etməsin”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026