• Bakı 26° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Lənkəranda avtomobil tələbələri vurdu

HADİSƏ

14 Mart 2022 | 23:17 | Müəllif: Qalib İbrahimoğlu

Lənkəranda avtomobil tələbələri vurdu

Lənkəranda avtomobil piyadaları vurub.

Bakıvaxtı.az-ın "report.az"a istinadla verdiyi xəbərə görə, hadisə akademik Zərifə Əliyeva küçəsində baş verib. “VAZ-21015” markalı 42 BN 015 dövlət qeydiyyat nişanlı avtomobil Masallı rayon sakini, 2002-ci il təvəllüdlü Mirkənan Ramiz oğlu Əsədovu və həmyerlisi, 2003-cü il təvəllüdlü Rəvan Hidayət oğlu Həsənovu vurub.

Sürücü hər iki yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, onların vəziyyətləri orta ağır qiymətləndirilir.

Yaralıların hər ikisinin Lənkəran Dövlət Universitetinin tələbələri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026