• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Lənkəranda qəza - gənc sürücü öldü

HADİSƏ

08 Iyul 2025 | 09:12

Lənkəranda qəza - gənc sürücü öldü

Lənkəranda 20 yaşlı sürücü yol qəzasında ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə Lənkəran-Lerik magistralının rayonun Darquba kəndində baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Lənkəran şəhər sakini Ülvi Firdovsi oğlu Vəlizadənin idarə etdiyi "Azsamand" markalı nəqliyyat vasitəsi Lerik istiqamətində hərəkətdə olarkən yol kənarındakı yük avtomobilinə çırpılıb.

Avtomobildə sıxılaraq qalan sürücü çıxarılaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026