Bakı-Qazax magistralının Ucardan keçən hissəsində yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, “Ford Fokus” markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində yanğın başlayıb.
Hadisə nəticəsində ölüm və ya xəsarət faktı qeydə alınmayıb.
Yanan avtomobil tamamilə yararsız hala düşüb.