• Bakı 18° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

"Liverpul" çempionluq yolunda ağır zərbə aldı

İDMAN

25 Aprel 2024 | 10:07

Liverpul çempionluq yolunda ağır zərbə aldı

İngiltərə Premyer Liqasında növbəti oyunlar keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Liverpul" xal itirib. Mersisayd təmsilçisi Liverpul derbisində "Everton"la qarşılaşıb. Görüş Yurgen Kloppun komandasının 0:2 hesablı məğlubiyyəti ilə bitib.

Günün digər oyunlarında "Bournmut" "Vulverhempton"u 1:0, "Kristal Pelas" "Nyukasl Yunayted"i 2:0, Mançester Yunayted" isə "Şeffild Yunayted"i 4:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu nəticədən sonra "Liverpul" 74 xalla ikinci pillədə qalıb. Turnir cədvəlinə isə 77 xalla "Arsenal" başçılıq edir.


SON XƏBƏRLƏR

03 May 2024