• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

“Qəbələ” növbəti ev oyununu azarkeşsiz keçirəcək

İDMAN

24 May 2024 | 15:38

“Qəbələ” növbəti ev oyununu azarkeşsiz keçirəcək

“Qəbələ” klubu növbəti ev oyununu azarkeşsiz keçirəcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

U-15 Liqasında baş tutan "Qəbələ" - "Sumqayıt" matçının 74-cü dəqiqəsində ev sahiblərinin bir qrup azarkeşi meydana daxil olaraq, rəqib komandanın oyunçularının ünvanına təhqiramiz ifadələr işlədib və onlara fiziki təzyiq göstərməyə cəhd ediblər. Bu səbəbdən xəbərdarlıq alan "Qəbələ" növbəti ev oyununu azarkeşsiz keçirəcək.

Həmin görüşün 72-ci dəqiqəsində "Qəbələ" İK-nin baş məşqçisi Şəhruz Mustafayev hakimləri təhqir etdiyinə görə 5, klubun futbolçusu Əli Nəcəfov isə eyni hərəkətə görə 4 oyunluq cəzalandırılıb.

U-17 Liqasının “Araz Naxçıvan” – “European Football Academy” matçının son anlarında ev sahiblərinin üzvü Kazım Zülfüqarlı da görüşün baş hakiminin ünvanına təhqiramiz ifadələr işlədib. Onun bu davranışı 4 oyunluq diskvalifikasiya ilə nəticələnib.

U-13 Liqasının “Amasiya” – “Araz Naxçıvan” görüşündə isə qonaqların baş məşqçisi İntiqam Rəhimov 45-ci dəqiqədə hakimi təhqir etdiyinə görə növbəti 5 oyunda komandasına rəhbərlik edə bilməyəcək.


SON XƏBƏRLƏR

16 Iyun 2024