• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Londonda partlayış - Video

HADİSƏ

28 Iyun 2021 | 19:00

Londonda partlayış - Video

İngiltərənin paytaxtı Londonda “Elephant & Castle” metro stansiyasının yaxınlığında partlayış olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, dəmir yolu tağlarının altında 3 ticarət obyekti, 4 avtomobil və dəmiryol vağzalının yanında telefon köşkü yanır.

Əhalidən evdən çıxmamaları və pəncərələri bağlı saxlamaqla bağlı xəbərdarlıq edilib.

Hadisə yerinə 70 yanğınsöndürən cəlb edilib.

Ölən və yaralananların olub-olmaması ilə bağlı məlumat verilməyib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026