• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda güclü külək fəsadlar törətdi

HADİSƏ

28 Iyul 2021 | 09:23

Bakıda güclü külək fəsadlar törətdi

Ötən gündən başlayan güclü külək Bakıda fəsadlar törədib.

Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, paytaxtın bir çox yerində ağacların budaqları qırılaraq, yola düşüb.

Səhər erkən saatlardan başlayaraq icra hakimiyyətlərinin müvafiq qurumlarının əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlərə başlayıblar.

Qeyd edək ki, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyulun 27-dən 29-nadək respublikanın bir sıra yerlərində, o cümlədən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi barədə xəbərdarlıq etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026