• Bakı 32° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

DÜNYA

09 Iyun 2026 | 21:10

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Londonda yerləşən hökumət binasında gizli kamera aşkar edilib.

Bakıvaxtı.az“The Independent”ə istinadla xəbər verir ki, elektron cihaz son iki ay ərzində Vestminsterdə yerləşən binanın tavan panelində tapılıb. Bildirilir ki, hadisə barədə təhlükəsizlik xidmətlərinə məlumat verilib və məsələ araşdırılır.

Məlumata əsasən, cihaz nazirlərin iş otaqlarında deyil, binanın ümumi istifadə olunan hissələrindən birində aşkarlanıb. “Marsham Street” kompleksində yerləşən bina ölkənin polis və milli təhlükəsizlik siyasətinə cavabdeh olan Daxili İşlər Nazirliyinə, eləcə də Londonda inşa edilməsi planlaşdırılan yeni Çin səfirliyi ilə bağlı qərarlar qəbul edən Mənzil, İcmalar və Yerli İdarəetmə Nazirliyinə ev sahibliyi edir.

Qeyd olunub ki, cihazın kim tərəfindən yerləşdirildiyi məlum deyil. Eyni zamanda, hadisə ilə bağlı Rusiya və ya Çin agentlərinin əlaqəli olmasına dair hər hansı məlumatın olmadığı vurğulanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026
24 Iyul 2026