• Bakı 24° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.9405

    RUB - 2.2222

Macarıstan prezidenti konstitusiya dəyişikliyini rədd etdi

DÜNYA

09 Iyul 2026 | 19:49

Macarıstan prezidenti konstitusiya dəyişikliyini rədd etdi

Macarıstan Prezidenti Tamaş Şujok hökumət tərəfindən təklif edilən və parlament tərəfindən qəbul edilən, onu vəzifəsindən uzaqlaşdıracaq ölkənin Əsas Qanununa 17-ci düzəlişi rədd edib.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının iqamətgahı olan Şandor Sarayının mətbuat xidməti bəyanat yayıb.

"Respublikanın hazırkı prezidentinin sırf siyasi səbəblərdən vəzifəsindən uzaqlaşdırılması vəziyyəti Avropada unikaldır. Bundan əlavə, bu prosedur açıq şəkildə konkret şəxsə uyğunlaşdırılıb və Əsas Qanuna edilən düzəlişin yekun müddəalarına daxil edilib ki, bu da prezidentlik institutunun muxtariyyətini təmin edən təminatların açıq şəkildə pozulmasıdır", - bəyanatda bildirilib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR