• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Macarıstan Ukraynaya yardıma mane oldu

DÜNYA

06 Dekabr 2022 | 17:40

Macarıstan Ukraynaya yardıma mane oldu

Macarıstan hakimiyyəti 2023-cü ildə Aİ-nin Ukraynaya 18 milyard avroluq makromaliyyə yardımının ayrılmasını dəstəkləməyib.

Bakıvaxtı.az  xəbər verir  ki, bu barədə “Radio Svoboda”nın Avropa üzrə müxbiri Rikard Yozvyak məlumat verib.

"Gözlənildiyi kimi, Avropa İttifaqının maliyyə nazirləri bu gün Brüsseldə görüşəndə ​​Ukrayna üçün 18 milyard vəsaitin ayrılmasına razılıq verilməyib", - mesajda deyilir.

Yozvyak qeyd edib ki, Macarıstan öz maliyyəsini təmin etmək ümidi ilə bu yardımın verilməsinə mane olur.

"Hər kəsin Budapeşti tənqid etdiyi çox emosional debat oldu, lakin heç bir nəticəsi olmadı", - deyə jurnalist əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026